Danimarkada azyaşlıların dini nikahları ilə əlaqədar sərt qanun qəbul edilib

Danimarkada azyaşlıların dini nikahları ilə əlaqədar sərt qanun qəbul edilib
12 Mart 2021
Mətni dəyiş

Danimarka mənfi ictimai münasibətlər fonunda psixoloji şiddət tətbiq etməklə zorla həyata keçirilən uşaq evliliklərinə yönəlik cəzaları sərtləşdirib.  

Danimarka parlamenti azyaşlıların dini nikahla evləndirilməsinin qarşısını almaq üçün özündə çox sərt cəzaları ehtiva edən qanun layihəsini qaəbul edib.

Qanuna görə, yetkinlik yaşına çatmayan fərdlərin tərəf olduğu evlilikləri həyata keçirən şəxslər və dini liderlər iki ilə qədər həbs olunacaqlar və ya ölkədən deportasiya ediləcəklər. Eyni cəzanın uşaqlarının bu cür evliliklərə girməsinə icazə verən valideyinlər üçün də keçərli olacağı bildirilib.

Parlamentdə təmsil olunan bütün siyasi tərəflər qanun layihəsini dəstəkləyiblər.

Danimarkanın Miqrasiya naziri Mattias Tesfaye bildirib ki, 18 yaşına çatmayan şəxslər arasında baş tutan dini nikahların fərdlərin iradəsini görməməzlikdən gəldiyini və zorla edildiyini düşünürük, bu cinayətdir.

Parlament tərəfindən qəbul olunan qanun 15-martdan etibarən tətbiq ediləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun