Danimarka insanlarda tromb yaratdığı üçün AstraZeneca peyvəndlərinin istifadəsini dayandırıb

Danimarka insanlarda tromb yaratdığı üçün AstraZeneca peyvəndlərinin istifadəsini dayandırıb
11 Mart 2021
Mətni dəyiş
Danimarka müvəqqəti olaraq ingilis-isveç şirkəti olan AstraZeneca-ya aid olan koronavirus əleyhinə peyvəndlərin istifadəsini dayandırılıb. Səhiyyə Nazirliyinin rəsmiləri bu peyvəndlərin bəzi insanlarda tromb yaratmasına görə belə addım atdıqlarını bəyan edib. Baş verənlərdən sonra Avropa Dərman Agentliyi AstraZeneca peyvəndini yenidən araşdırmağa başlayıb. Bununla belə Danimarka Səhiyyə Nazirliyi peyvəndlənən şəxslərdə trombun yaranması ilə peyvənd arasında bir əlaqənin olduğunu deməkdə çətinlik çəkdiyini bildirib. Danimarkada AstraZeneca peyvəndlərinin istifadəsi 14 günlüyünə dayandırılıb. Hökümət martın 29-dan aprelin 1-nə qədər bu peyvəndlə bağlı qərarını verəcəyini bəyan edib. Danimarkadan öncə Latviya bir neçə pasiyentin ölümünə görə AstraZeneca peyvəndinin istifadəsini dayandırmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun