Daha bir ölkə Oxford-AstraZeneca peyvəndinin istifadəsini dayandırdı

Daha bir ölkə Oxford-AstraZeneca peyvəndinin istifadəsini dayandırdı
16 Mart 2021
Mətni dəyiş

İtalya AstraZeneca peyvəndinin istifadəsini dayandırıb. Bununla da bu marka peyvəndin istifadəsini dayandıran ölkələrin sayı 9-a qalxıb. 

Fransa prezidenti Emmanuel Makron da peyvəndin istifadəsini çərşənbə axşamı günortaya qədər dayandırdıqlarını açıqlayıb.

Bundan əvvəl Almaniya, Hollandiya, İrlandiya, Norveç, Danimarka, İslandiya, Rumıniya və Bolqarıstan Oxford-AstraZenecanın istifadəsini müvəqqəti dayandırmışdı.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Oxford-AstraZeneca peyvəndi ətrafında baş verənlərdən xəbərdar olduqlarını və peyvəndin yenidən yoxlanışda olduğunu bildirib.

ÜST-ün COVID-19 üzrə sözçüsü Marqaret Harris isə bildirib ki, Oxford-AstraZeneca peyvəndi də digər peyvəndlər kimi mükəmməl peyvənddir və istifadəsinin dayandırılmasına heç bir səbəb yoxdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun