Corc Floydunun ölümü ilə bağlı məhkəmə başlayır

Corc Floydunun ölümü ilə bağlı məhkəmə başlayır
9 Mart 2021
Mətni dəyiş

ABŞ-da qaradərili vətəndaş Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsi ilə əlaqədar məhkəmə işi başlayıb. 

Qaradadərili vətəndaşlara polis şiddəti ilə bağlı referendum kimi qiymətləndirilən bu məhkəmə işində münsiflərin müəyyənləşməsi də çox həssaslıqla aparılır. Bu seçimlərin üç həftə davam etməsi gözlənilir, çünki hakim Peter Cahill münsiflərin müəyyənləşmə tarixini ilk iclasda ertəliyib və ümumilikdə cinayət işinin 29 martda məhkəmə baxışına götürüləcəyini bildirib.

Əgər məhkəmənin sonunda bu ölümdə ittiham olunan polis əməkdaşı Derek Chauvinnin günahı sübut olunsa, onu 40 ilə qədər həbs cəzası gözləyir.

Corc Floydun ölümü ilə nəticələnən hadisə 25 may 2020-ci ildə baş verib. Belə ki, Floyd saxta 20 dollar istifadə etməkdə günahlandırılaraq saxlanılmışdı. Bir dükanın önündə saxlanılan Floydu polis əməkdaşı Derek Chauvin yerə yıxmış və dizini doqquz dəqiqə onun boğazında saxlayaraq onun ölümünə səbəb olmuşdu.

Hadisənin mobil telefonlarla çəkilən görüntülərində Floydun ən azı 20 dəfə "nəfəs ala bilmirəm" deməsi görülüb. Hadisə bütün dünyada ciddi reaksiyalara səbəb olub və əksəriyyət bu hadisəni Amerikada qaradərililərə qarşı ayrıseçkilik və pis rəftar kimi də alqılayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun