Co Bayden: "4 nəfərlik ailəyə 5 min 600 dollar yardım edilcək"

Co Bayden: "4 nəfərlik ailəyə 5 min 600 dollar yardım edilcək"
23 Mart 2021
Mətni dəyiş

Amerika prezidenti Co Bayden bildirib ki, Amerikada 4 nəfərlik ailə dövlətdən 5 min 600 dollar yardım alacaq. 

O, bu barədə özünün tvitter hesabında yazıb.

"Amerikada hər 4 nəfərlik ailəyə 5 min 600 dollarlıq çek veriləcək. Bu pul insanların həyatda qalmasına və süfrələrinə yemək qoymasına bəs edir", - deyə o, qeyd edib.

Bayden bundan əvvəl Senatın ardından Nümayəndələr Palatasında da təsdiqlənən, koronavirusun yaratdığı problemlərin aradan qaldırılması üçün 19 trilyon dollarlıq maddi dəstək paketini imzalayıb.

Con Hopkins Universitetinin yaydığı məlumatlara görə, mumilikdə indiyə qədər ABŞ-da 29 784 199 nəfər koronavirusa yoluxub, 541 918 nəfər ölüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun