Bu il Avropada ən çox satılan maşının adı bəlli olub

Bu il Avropada ən çox satılan maşının adı bəlli olub
30 Mart 2021
Mətni dəyiş
Avropa ölkələrindən ən çox alınan maşının adı məlum olub. Bu kompakt heçbek Peugeot 208-dir. 2021-ci ilin yanvar və fevral ayında bu fransız maşını Avropa üzrə ən çox satılan maşın olub. Şirkət uğurunu eyni maşının benzin, dizel və elektrikli modifikasiyasını təqdim etməyi ilə əlaqələndirir. Peugeot 208 Avropa Birliyində 18375 satış ilə liderliyi əldə edib. Ondan sonrakı yerdə isə Volkswagen Golf gəlir. Golf maşını Avropa Birliyi ölkələrində 17120 ədəd satılıb. İlk beşliyin digər yerlərində Toyota Yaris, Fiat Panda, Renault Clio kimi maşınlar dayanır. 2021-ci ilin fevral ayında Avropa Birliyində yeni minik maşınlarının satışı 19,3 faiz aşağı düşüb. Ekspertlər bu səbəbi COVİD-19 virusunun ucbatından cəmiyyətin qapanmasında görürlər. AB ölkələrində bu il 771486 yeni maşın qeydiyyata düşüb ki, bu 2013-cü ildən bəri ən aşağı göstəricidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun