Bu gündən bayram tətili bitir, ictimai nəqliyyatın hərəkəti bərpa olunur

Bu gündən bayram tətili bitir, ictimai nəqliyyatın hərəkəti bərpa olunur
29 Mart 2021
Mətni dəyiş

Nazirlər Kabinetinin qərarına əsasən, bu gündən Azərbaycanda ictimai nəqliyyatın hərəkəti bərpa olunur.

Avtobusların hərəkətinə Novruz bayramı ilə əlaqədar martın 20-si saat 00:00-dan tətbiq olunan qadağanın müddəti bu gün saat 06:00-da başa çatıb. Martın 19-da Nazirlər Kabineti bayram günlərində ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsinə dair qərar qəbul edib.

Qərara əsasən martın 20-i saat 00.00-dan martın 29-u saat 06.00-dək Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkəti dayandırılmışdı.

19 martdakı qərarla həm də Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb: “Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2021-ci il 1 iyun saat 06:00-dək uzadılsın”, - qərarda deyilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun