Boğaziçi etirazlarında həbs olunan tələbələrdən üçü sərbəst buraxılıb

Boğaziçi etirazlarında həbs olunan tələbələrdən üçü sərbəst buraxılıb
23 Mart 2021
Mətni dəyiş

Boğaziçi Universitetindəki etirazlarda həbs olunan 3 tələbə sərbəst buraxılıb.

Bu barədə "Boğaziçi Dayanışması" tvitter hesabında məlumat yayılıb.

Məlumata görə, sərbəst buraxılan tələbələr Nəcməddin Ərdəm, Koral Hacıbəyoğlu və Akın Qaraquş olub: "Şilan, Anıl və Ömeri də azad etdirəcəyik. Bütün dostlarımız azad olunana qədər mübarizəmizi davam etdirəcəyik!", - deyə "Boğaziçi Dayanışması" tvitter hesabında qeyd olunub.

İstanbulun Boğaziçi Universitetinin bir sıra tələbələri və digər vətəndaşlar AKP siyasi üzvü Prof. Dr. Melih Bulunun sözügedən ali təhsil müəssisəsinə rektor təyin edilməsinə qarşı artıq ardıcıl etiraz aksiyaları keçiriblər. Melih Bulunu təyinatını prezident Ərdoğan imzalamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun