BMT: "Türkiyə İstanbul Konvensiyasına qayıtmalıdır"

BMT: "Türkiyə İstanbul Konvensiyasına qayıtmalıdır"
24 Mart 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Haqları Komitəsi Türkiyəni İstanbul Konvensiyasından çıxma qərarından geri çəkilməyə çağırıb.

BMT-nin İnsan Haqları Komitəsi sözçüsü Liz Throssell mətbuat konfransı zamanı çıxışında bildirib ki, İstanbul Konvensiyası məişət zorakılığı ilə mübarizəni özündə ehtiva edən beynəlxaq sənəddir.

"Türkiyənin İstanbul Konvensiyasından çıxması, eyni zamanda müxalif siyasətçilərin və aktivistlərin həbsləri narahatlıq doğurur", - deyə BMT-nin İnsan Haqları Komitəsi sözçüsü Liz Throssell bildirib.

İstanbul Konvensiyası Türkiyədə 2011-ci ildə qəbul olunub, 2012-ci ilin 10 fevralında Türkiyənin Nazirlər Kabineti tərəfindən təsdiqlənib. 20 mart 2021- ci ildə isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə ölkə bu konvensiyadan çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun