BMT: "Myanmada hərbi çevrilişə qarşı etirazlarda 138 nəfər qətlə yetirilib"

BMT: "Myanmada hərbi çevrilişə qarşı etirazlarda 138 nəfər qətlə yetirilib"
16 Mart 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibinin sözçüsü Stepan Dujarrik Myanmada hərbi çevrilişin əleyhinə baş tutan aksiyalarla bağlı açıqlama verib. 

14 martdakı etirazlarda 38 nəfərin öldürüldüyünü xatırladan Dujarrik bir fevraldan bu günə qədər qadın və uşaqlar da daxil olmaqla 138 nəfərin qətlə yetirildiyini bildirib.

BMT Baş katibinin sözçüsü beynəlxaq aləmi və region ölkələrini Myanma xalqına dəstək verməyə çağırıb.

Myanma ordusu fevralın 1-də hərbi çevriliş həyata keçirərək ölkə rəhbərliyini ələ keçirmişdi və fövqəladə vəziyyət rejimi elan etmişdi.

Myanma xalqı fevralın 6-da demokratiyanın yenidən təmin olunması üçün etiraz aksiyaları keçirməyə başlamışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun