BMT: 600 milyon uşaq su qıtlığından əziyyət çəkəcək

BMT: 600 milyon uşaq su qıtlığından əziyyət çəkəcək
20 Mart 2021
Mətni dəyiş

2040-cı ilə qədər 600 milyon uşaq su qıtlığından əziyyət çəkəcək. Birləşmiş Millətlər Təşkilatı (BMT) bununla bağlı xəbərdarlıq edib.

BMT-nin Baş katibi Antonio Quterreş bildirib ki, qlobal istiləşmə, bioloji fərqlilik və çirklənmənin artması dünyada böyük qıtlığa səbəb olacaq.

Bundan əlavə, 2040-cı ilə qədər dünyada 600 milyona qədər, yəni 18 yaş altı hər dörd uşaqdan biri su qıtlığının aşırı dərəcədə pis olduğu bölgələrdə yaşayacaq. Kənd yerlərində və daha az inkişaf etmiş ölkələrdə 3 milyard insanın hələ də əl məişətdə istifadə üçün suynan təmin olunmadığı bildirilib.

BMT ölkələri su və sanitariya imkanları üçün davamlı inkişaf hədəflərinə sərmayə qoymağa, iqlim dəyişikliyi ilə əlaqədar tədbirlər görməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun