BMT: "30-dan çox ölkədə 34 milyon insan aclıqla üz-üzədir"

BMT: "30-dan çox ölkədə 34 milyon insan aclıqla üz-üzədir"
12 Mart 2021
Mətni dəyiş

Birləşmiş Millətlər Təşkilatının Dünya Qida Proqramının (WFP) direktoru David Beasley 30-dan çox ölkədə 34 milyon insanın aclıqla üz-üzə olduğunu, Cənubi Sudanın Pibor bölgəsində anaların övladlarına ölü heyvan dərisi və palçıq yedirtmək məcburiyyətində qaldıqlarını bildirib. 

Beasley insanların özlərinin yaratdıqları dəhşətli faciələrin fonunda dünyanın humanitar fəlakətlə üz-üzə olduğunu, dünyada 270 milyon insanın aclıq təhlükəsi yaşadığını bildirib.

Bu il xüsusi ilə Konqo Demokratik Respublikasında 19,6 milyon insanın dünyanın ən böyük qida böhranı ilə qarşı-qarşıya qalacağını bildirən Beasley əlavə edib ki, Əfqanıstan, Nigeriya, Suriya, Yəmən, Sudan, Cənubi Sudan və Sahel bölgəsində də ərzaq təhlükəsizliyi kritik həddə çatıb.

BMT-nin Baş katibi Antonio Quterreş isə bildirib ki, insanları ac qoyarsanız, müharibələri qidalandırarsınız: "Müharibələr aclıq və qıtlığıa, aclıq və qıtlıq isə müharibələrə səbəb olur. 21-ci əsrdə heç kim aclıqdan ölməməlidir", - deyə o, bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun