Bir Roma Papası tarixdə ilk dəfə İraqa səfər edib

Bir Roma Papası tarixdə ilk dəfə İraqa səfər edib
6 Mart 2021
Mətni dəyiş

Katoliklərin ruhani lideri Papa Fransisk İraq səfəri çərçivəsində bu gün paytaxt Bağdada gedib. Təxminən 16 aydır xarici səfərlərə çıxmayan Papa Fransisk tarixdə İraqa səfər edən ilk Papa olub.

Papanı hava limanında İraqın Baş naziri Mustafa əl-Kazimi rəsmi qarşılama mərasimi ilə qarşılayıb. Mustafa əl-Kazimi ilə görüşdən sonra Papa uzun avtomobil konvoyu ilə hava limanından ayrılıb. Papa yol boyunca düzülüb ona sevgi göstərən iraqlıları salamlayıb.

Bağdaddakı Yaşıl Bölgədə yerləşən Prezident Sarayına gedən Papa, Prezident Berhem Salih ilə təkbətək görüşüb. Papa səfər çərçivəsində İraqda qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə və diplomatlarla görüşəcək.

Papa Fransisk yeni növ koronavirus epidemiyası səbəbiylə 2020-ci ildə xarici səfərlərini ləğv etmişdi. Təxminən 16 aydır xarici səfərlərə çıxmayan Papa Fransisk tarixdə İraqa səfər edən ilk Papa olub.

Papa Fransiskin İraqa səfərini 8 martda başa vurması planlaşdırılır.

[embed]https://www.youtube.com/watch?v=mK9ZH_Jm6V0[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun