Berlində 60 yaşdan aşağı şəxslər üçün AstraZeneca peyvəndindən istifadə dayandırılıb

Berlində 60 yaşdan aşağı şəxslər üçün AstraZeneca peyvəndindən istifadə dayandırılıb
31 Mart 2021
Mətni dəyiş

Almaniyanın paytaxtı Berlində 60 yaşdan aşağı şəxslər üçün AstraZeneca peyvəndindən istifadə dayandırılıb. 

Berlin sağlamlıq senatoru Dilək Kalaycının bu peyvəndin 60 yaşdan aşağı şəxslərdə yan təsirlərinin olmasına dair hesabatından sonra peyvəndin istifadəsi bu yaş qruplarına qadağan olunub.

Bunun ehtiyyatlı davranış olduğunu bildirən Dilək Kalaycı qeyd edib ki, əvvəlcədən vaksinlərin vurulması ilə bağlı qəbul edilmiş müraciətlər də artıq keçərli deyil. Bu yaş qruplarının istifadə edib-etməməsinə Almaniyanın Paul-Ehrlich İnstitutunun rəyindən sonra qərar veriləcək.

Robert Koch İnstitutunun məlumatına görə Almaniyada indiyədək 2,7 milyon AstraZeneca peyvəndi istifadə olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun