Belarusda etiraz aksiyalarında iştirak edənlər barəsində 2500-dən çox cinayət işi açılıb

Belarusda etiraz aksiyalarında iştirak edənlər barəsində 2500-dən çox cinayət işi açılıb
8 Mart 2021
Mətni dəyiş
Belarusda 2020-ci ilin avqust ayından bəri etiraz aksiyalarında iştirak edən vətəndaşlara 2500-dən çox cinayət işi açılıb. Bu haqda "Belarus-1" telekanalında çıxış edən daxili işlər nazirinin müavini Gennadi Kazakeviç məlumat verib. Onun sözlərinə görə cinayət işləri əsasən kütləvi itaətsizlik, əmlaka zərər vurma, xuliqanlıq, təhqir, söyüş, polis əməkdaşına və daxili qoşunların əsgərinə qarşı zorakılıq maddələri ilə açılıb. Cinayət işlərinin 70 faizi internetdən götürülmüş kadrlar əsasında başladılıb. "Biz 800-dən çox hadisədə cinayəti törədən adamların şəxsiyyətini müəyyən edə bilmişik" - deyə Kazakeviç bildirib. Belarusda kütləvi aksiyalar ötən il 9 avqustda prezident seçkilərinin nəticəsində yenə də Aleksandr Lukaşenkonun qalib elan olunması ilə başlayıb. Etirazçılar seçkilərin saxtalaşdırıldığına inanır və yenidən seçki keçirilməsini, siyasi məhbusların azad edilməsini tələb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun