ABŞ dövlət katibi Antoni Blinken vəkil Şəhla Hümbətovanın Azərbaycan Vəkillər Kollegiyadan uzaqlaşdırılması ilə bağlı narahatlığını ifadə edib.
Bu barədə Blinken 'Twitter' hesabında yazıb. Dövlət katibi bildirib ki, 2020-ci ildə 'Cəsarətli qadınlar' mükafatını alan Şəhla Hümbətova insan haqları müdafiəsinə görə Kollegiyadan uzaqlaşdırılıb.
Dövlət katibi Şəhla Hümbətovanın yenidən Kollegiyaya bərpa olunmasına görə çağırış edib: 'Biz Şəhla Hümbətovaya təzyiqlərdən narahatıq, onun yenidən Kollegiyaya bərpa olunmasına çağırış edirik və onu dəstəkləyirik'.
Bu, ABŞ-ın xarici siyasətində Azərbaycanla bağlı ilk addım kimi qiymətləndirilir.