Bakıda ata qızına zəhərli iynə vuraraq öldürüb.
Hadisə Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.
62 yaşlı Hacıağa Salmanov 35 yaşlı qızı Gülnar Salmanovanın yaşadığı evə gələrək ona zəhərli iynə vurub. Nəticədə G.Salmanova ölüb.
H.Salmanov saxlanılıb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.