Azərbaycandan rüşvət aldığı üçün haqqında cinayət işi qaldırılan alman deputat qəfil dünyasını dəyişib

Azərbaycandan rüşvət aldığı üçün haqqında cinayət işi qaldırılan alman deputat qəfil dünyasını dəyişib
22 Mart 2021
Mətni dəyiş
Alman Bundestaqının deputatı Karin Ştrenç dünən, martın 21-i Kubadan Almaniyaya qayıdarkən təyyarədə dünyasını dəyişib. "Bild" qəzetinin məlumatına görə "Xristian demokrat birliyi" partiyasından olan Karin Ştrenç təyyarədə özünü pis hiss edib, ona görə təyyarə ekipajı İrlandiyanın paytaxtı Dublin şəhərində məcburi eniş etməli olub. Ancaq Dublindəki həkimlər deputatın həyatını xilas edə bilməyib. Qəzet Karin Ştrençin Kubaya nə üçün getdiyini, iş üçünmü, yoxsa şəxsi məqsədlərlə getdiyini yazmayıb. Yanvar ayının sonunda Bundestaq deputat Karin Ştrençin toxunulmazlığını ləğv etmişdi, çünki ona qarşı rüşvətxorluq və Azərbaycanın xeyrinə lobbiçilik etmək ittihamı ilə cinayət işi qaldırılmışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun