11 Mart 2021
Mətni dəyiş
Martın 10-da Azərbaycanda tütün məmulatları və elektron siqaretlərin mayesi üçün yeni aksiz dərəcələri qüvvəyə minib.
1000 ədəd nazik siqaretin aksiz vergisi 31 manatdan 43 manata, 1000 ədəd siqaret üçün 31 manatdan 35 manata qaldırılıb. Elektron siqaretlərin mayesi üçün aksiz vergisi 5 dəfə artırılaraq 1 litri 100 manat təşkil edib.
Qeyd edək ki, 1000 ədəd nazik siqaret idxalına aksiz dərəcəsi 29,5 manat, 1000 ədəd siqaretin - 37,5 manatdır.
Ümumilikdə siqaretin pərakəndə satışında hər qutuda 20 qəpik bahalaşma müşahidə edilir.