25 Mart 2021
Mətni dəyiş
Martın 24-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 20 650 nəfər peyvənd olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Məlumata görə, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 502 174 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Peyvənd respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.
Xatırladaq ki, Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən start verilib. Fevrlaın 8-inə kimi səhiyyə işçiləri, yaşı 65-dən yuxarı olanlar, hüquq-mühafizə orqanlarının əməkdaşları peyvənd ediliblər.
Hazırda yaşı 40-dan yuxarı olanlar peyvənd edilirlər. Azərbaycanda Çinin istehsalı olan vaksindən itifadə olunur.