Azərbaycan ərazisində zəlzələ olub

Azərbaycan ərazisində zəlzələ olub
23 Mart 2021
Mətni dəyiş

Martın 23-də yerli vaxtla saat 07:08-də Qazax stansiyasından 41 kilometr şimal-şərqdə Tovuz rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ Tovuz rayonunda 3 bal olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib. Zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar nəticəsində hər hansı bir dağıntı qeydə alınmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun