Ötən gün Azərbaycanda koronavirus infeksiyasına yoluxma ilə bağlı 515 yeni fakt aşkar edilib, 201 nəfər sağalıb, 7 nəfər vəfat edib. Bu barədə çərşənbə günü Nazirlər Kabineti yanında Operativ Qərargah açıqlama yayıb.
Ümumilikdə Azərbaycanda 237 775 nəfər yoluxub, onlardan 230 116 nəfər müalicə olunub, 3 257 nəfər vəfat edib, 4 402 aktiv xəstənin müalicəsi davam edir.
Martın 6-da rəsmi statistikaya görə, ölkədə bir günə 17,4 min nəfərin koronavirusa qarşı peyvəndləndiyini və ölkədə 400 min nəfərin peyvəndləndiyini elan etmişdi.
Martın 10-a olan məlumata görə isə yerli poliklinikaların peyvəndlədiyi adamların sayı 430 minə çatıb. Bu sürətlə ölkədə bütün vətəndaşların peyvəndlənməsi üçün bir neçə ilə ehtiyac var.