Avroviziya Belarusiyadan yarışmaya göndərdiyi mahnını dəyişdirməyi tələb edir

Avroviziya Belarusiyadan yarışmaya göndərdiyi mahnını dəyişdirməyi tələb edir
12 Mart 2021
Mətni dəyiş
Avropa Yayın Şəbəkəsi Belarusiyadan 2021-ci ildə keçiriləcək Avroviziya musiqi yarışmasında ölkəni təmsil etməli olan mahnını dəyişdirməyi tələb edib. Bu haqda qurum martın 11-də məlumat yayıb. Belə ki, yarışmada iştirak etmək üçün Rotterdama yollanmalı olan "Qalası ZMesta" qrupunun "Ya nauçu tebya" adlı mahnısı musiqi yarışmasının əsas tələblərindən biri olan qeyri-siyasi mahnı ifa etmək tələbini pozur. Təşkilat düşünür ki, hansısa ölkənin Avroviziya musiqi yarışmasında belə mahnıyla çıxış etməsi yarışmanın imicinə zərər vura bilər. Təşkilat artıq Belarusiya Tele-radio kompaniyasına yarışa göndərilən mahnını ya dəyişdirmək ya da sözlərinə yenidən baxmaq tələbini bildirib. Bu tələbin yerinə yetirilməməsi Belarusiyanın yarışmadan kənar qalmasına səbəb olacaq. "Qalası ZMesta" qrupunun musiqiçələrinin Lukaşenko rejiminə simpatiya ilə yanaşdıqları artıq Belarusda bilinir. Onlar mahnılarının çoxunda birbaşa yaxud da dolayı yolla ölkədə dəyişiklik istəyənləri ələ salırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun