10 Mart 2021
Mətni dəyiş
Martın 10-da Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar Bakıya üçgünlük səfərə gəlib.
Səfər zamanı Toyvo Klaarın yüksək səviyyədə görüşləri keçiriləcək. Danışıqlar və məsləhətləşmələrin mövzusu Qarabağda müharibənin nəticələri, regional inkişaf və Avropa İttifaqı-Azərbaycan qarşılıqlı münasibətləri ilə bağlı məsələlər olacaq.