Avropa Birliyi koronavirusa qarşı Johnson & Johnson peyvəndinin istifadəsinə razılıq verib

Avropa Birliyi koronavirusa qarşı Johnson & Johnson peyvəndinin istifadəsinə razılıq verib
12 Mart 2021
Mətni dəyiş
Avropa dərman agentliyi koronavirusa qarşı daha bir peyvəndi, Johnson & Johnson peyvəndini təsdiqləyib. Johnson & Johnson peyvəndləri Avropa ərazisində istifadə olunacaq dördüncü peyvənddir. Deutsche Welle-nin məlumatına görə adı çəkilən peyvənd Janssen əczaçılıq şirkəti tərəfindən hazırlanıb və başqa peyvəndlərdən üstünlüyü odur ki, onun istifadəsi zamanı cəmi bir dozasının vurulması bəs edir. Avropa İttifaqı artıq Johnson & Johnson peyvəndindən 400 milyon doza sifariş verib. Johnson & Johnson peyvəndi ilə bağlı aparılan klinik araşdırmalar göstərir ki, peyvənd koronavirusa yoluxma riskini və xəstəliyin ağırlaşmasını vurulandan dörd həftə sonra 66 faiz azaldır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun