Aqil Layıc: "Bu qrupda son iki ayda 2600 adama pulsuz hüquqi məsləhət vermişik"

Aqil Layıc: "Bu qrupda son iki ayda 2600 adama pulsuz hüquqi məsləhət vermişik"
8 Mart 2021
Mətni dəyiş

Uzun zamandır feysbukda fəaliyyət göstərən "Hüquqşünaslar" qrupu təkcə son iki ayda 2600 adama pulsuz hüquqi məsləhət verilməsini təşkil edilib. Bu barədə qrupun yaradıcısı vəkil Aqil Layıc məlumat verib. 

Vəkil deyir ki, 2013-cü ilin oktyabr ayında təsis edilən qrupun rəhbəri o olsa da, qrupda 10-dan çox moderator insanların hüquqi suallarının cavablandırılmasının təşkili üçün çalışır.

Onun sözlərinə görə, qrupun yaradılmasının əsas məqsədi həm əhalinin aztəminatlı hissəsinə, həm də hüquqşünaslara çatımlılığı az olan, amma internetə çıxış imkanı olan ucqar bölgələrin sakinlərinə hüquqi yardım göstərməkdir: "Biz nəyinki şifahi məsləhətlər, eyni zamanda insanlara yazılı məsləhətlər də veririk. Sənədlərin tərtib edilməsinə kömək edirik. Dəfələrlə müxtəlif dövlət orqanlarında onları təmənnasız şəkildə təmsil etmişik. Bu prosesi çox peşəkarcasına təşkil edirik", - deyə vəkil bildirib. Aqil Layıc deyir ki, yardım etdiyimiz insanlardan heç kim deyə bilməz ki, onlardan bir qara qəpik də olsa umulub. Belə şey heç vaxt olmayıb. Yardımlar tam olaraq pulsuz edilir.

Onun sözlərinə görə, artıq 8 ildir fəaliyyət göstərən qrup böyük platformaya çevrilib və hər kəs üçün əlçatımlıdır.

"Son iki ayda 2600 adama pulsuz hüquqi məsləhət verilməsini təşkil etmişik. Bundan əvvəl qrup olaraq xeyriyyə tədbirləri də həyata keçirmişik. Uşaq evlərinə tez-tez baş çəkmişik, onların ehtiyaclarının ödənməsi yönündə müəyyən addımlar atılıb. Onlara dərs vəsaitləri, paltarlar almışıq və bundan sonra da fəaliyyətimizi davam etdirəcəyik", - deyə o, vurğulayıb.

Qrupun rəhbəri Aqil Layıc deyir ki, bu qrupun pullu hüquqi xidmət sferasına təsirləri ola bilər, amma bu o demək deyil ki, biz öz fəaliyyətmizdən çəkinməliyik: "Əksinə, biz insanları razı saldıqca, onlara çatımlı olduqca, kömək etdikcə daha da stimul qazanırıq. Biz bu fəliyyətimizi davam etdirəcəyik", - deyə "Hüquqşünaslar" qrupunun yaradıcısı vəkil Aqil Layıc bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun