Anqela Merkel: "Türkiyənin "İstanbul razılaşması"ndan çıxması məyusedici hadisədir"

Anqela Merkel: "Türkiyənin "İstanbul razılaşması"ndan çıxması məyusedici hadisədir"
25 Mart 2021
Mətni dəyiş
Almaniya kansleri Anqela Merkel Avropa Birliyi dövlətlərinin liderlərinin zirvə toplantısı öncəsi jurnalistlərin sualına cavab verib. O Türkiyə ilə bağlı verilən sualı cavablandırarkən deyib ki, Türkiyənin insan haqqları və hüququn üstünlüyü standartına əməl etməsini gözləyirik. Merkel qeyd edib ki, Türkiyə bir çox hallarda insan haqqları və hüququn üstünlüyü qaydalarına əməl etmir. Türkiyənin İstanbul razılaşmasından imtina etməsi bunun uğursuz bir simvoludur və meyusedici bir hadisədir. Bu razılaşmanın üzvü olmaq üçün yenidən cəhd edəcəklərini gözləyirik.
Türkiyənin 3,6 milyon qaçqını qəbul etdi üçün onu alqışladığını bildirən Merkel bu ölkə rəhbərliyi ilə yeni təmasların yaradılmasını gözlədiyini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun