10 Mart 2021
Mətni dəyiş
Tükiyənin milli aviadaşıyıcısı - “Türk Hava Yolları” şirkətinin aşağı büdcəli törəməsi - “AnadoluJet” martın 19-dan İstanbul-Bakı-İstanbul istiqamərində müntəzəm uçuşlara başlayacaq.
Bu haqda "AnadoluJet" rəsmiləri xəbər yayıb. Xəbərdə deyilir ki, aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri həyata keçiriləcək.
Təyyarələr Türkiyənin İstanbul şəhərinin Sabiha Gökçən Hava Limanından qalxacaq və ora geri dönəcək.