ABŞ-ın Virciniya ştatında ölüm hökmü ləğv edilib. Virciniya Amerikanın cənubunda ölüm cəzasını lğv edən ilk ştat olub.
ABŞ Ali Məhkəməsinin 1976-cı ildə çıxardığı ölüm hökmündən bu yana Virciniya Texasdan sonra ən çox edam həyata keçirən ştatdır.
Şimali və Cənub ştatlarda edam cəzasına yanaşmanın fərqli olduğu ABŞ-da bu məsələ son vaxtlar ölkə gündəminin əsas məsələlərindən biridir. Hal-hazırda ABŞ-da 50 ştatdan 27-də ölüm hökmü var, lakin bəzi ştatlar cəzanın tətbiqini dayandırıblar.
Amerikda uzun illər dayandırılan edam qərarları Trampın hakimiyyəti ilə 17 il sonra yenidən başladı
Tramp son 120 ildə prezidentliyi dövründə ən çox edam qərarı təsdiqləyən Amerika prezidenti oldu.
20 yanvarda hakimiyyətdə vəzifəsinin icrasına başlayan Co Bayden seçki kampaniyası dövründəki açıqlamalarda ölüm cəzasının icrasını dayandıracağını elan etmişdi.