Amerikada masaj salonlarına 8 nəfərin ölümü ilə nəticələnən hücumlar olub

Amerikada masaj salonlarına 8 nəfərin ölümü ilə nəticələnən hücumlar olub
17 Mart 2021
Mətni dəyiş

Amerikanın Corciya ştatında axşam saatlarında 3 masaj salonuna silahlı hücum olub. Hücum nəticəsində 8 nəfər həyatını itirib.

Polis ilk olaraq Corciya ştatının paytaxtı Atalantanın şimalındakı Cherokee bölgəsində asiyalılara aid olan bir masaj salonuna hücum nəticəsində 4 nəfərin öldüyünü bildirib,

Bu hadisədən qısa müddət sonra Atlantanın mərkəzindəki başqa bir masaj salonuna da silahlı basqın olub və 4 nəfər güllələnərək öldürülüb. Daha sonra isə yaxınlıqdakı digər masaj salonunda da bir nəfərin güllələnərək öldürüldütü bildirilib.

Polislər axşam saatlarında Robert Aaron Long adlı şübhəlini tutublər. Polis hər üç hadisənin bu şəxs tərəfindən həyata keçirildiyinə inandığını bildirib. Hadisə ilə bağlı araşdırma davam edən vaxt Amerika mediası hadisədə həyatını itirən şəxslərin 6-sının asiyalı olduğunu yazıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun