Almaniya hökuməti 2035-ci ilə qədər benzin və dizel motorlu maşınlardan imtina etməyi hədəfləyir

Almaniya hökuməti 2035-ci ilə qədər benzin və dizel motorlu maşınlardan imtina etməyi hədəfləyir
15 Mart 2021
Mətni dəyiş

Almaniyanın nəqliyyat naziri Andreas Şoyer yaxın 15 il ərzində benzin və dizel motorları olan maşınların istehsalının dayandırılmasının tərəfdarı olduğunu bildirib. Bu haqda "Deutsch Welle" radiosu məlumat yayıb.

Andreas Şoyer bildirib ki, ölkənin hədəfi 2035-ci ilə qədər daxili yanma mühərrikli maşınlardan tədricən imtina etməkdir.

Nazir həmçinin bununla daxili yanma mühərriklərinin tamam yığışdırılmasının tərəfdarı olmadığını da deyib. O, sadəcə olaraq alternativ enerjilərlə işləyən maşınların rəqabətə davamlılığı üçün dövlətin daha çox təzyiq göstərməsini istədiyini dilə gətirib.

"Biz texnologiyalara qarşı açıq olmalıyıq, eyni zamanda iqlim dəyişməsinə qarşı mübarizə üçün daxili yanma mühərriki istehsalçılarından ciddi tələblər etməliyik. Bu yolla yaxın 15 ildə ekoloji təmiz enerjilərlə hərəkət edən maşınlar artıq rəqabətə davamlı olacaq" - deyə Şoyer bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun