Afrikada koronavirusla bağlı narahatlıq doğuran statistika

Afrikada koronavirusla bağlı narahatlıq doğuran statistika
19 Mart 2021
Mətni dəyiş

Afrikada koronavirusa (Covid-19) yoluxanların sayı 4 milyon 96 min nəfəri keçib. 

"Worldometers" saytındakı məlumatlara görə, qitədə pandemiya səbəbi ilə dünyasını dəyişənlərin sayı 110 min nəfərə yaxınlaşıb.

Yoluxanlardan 3 milyon 666 min nəfər koronavirusdan sağala bilib.

Qitədə ən çox yoluxma Cənubi Afrika Respublikası, Mərakeş, Tunis, Misir, Efiopiya və Nigeriyada qeydə alınıb. Virus səbəbindən ən çox ölüm isə Cənubi Afrika Respublikasında və Misirdə qeydə alınıb.

Qitədə ümumilikdə 25 ölkədə peyvəndlənmə başlayıb. Birləşmiş Millətlər Təşkilatının (BMT) Afrika İqtisadi Komissiyasının (UNECA) Baş Katibi Vera Sonqve qitəyə 10 milyon doz peyvəndin çatdrıldığını bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun