ABŞ Ukraynaya çoxmilyonluq hərbi yardım göstərməyi planlaşdırır

ABŞ Ukraynaya çoxmilyonluq hərbi yardım göstərməyi planlaşdırır
19 Mart 2021
Mətni dəyiş
ABŞ Konqressində Ukraynayla təhlükəsizlik sferasında əməkdaşlıq üçün yeni qanun layihəsi müzakirə edilməyə başlayıb. Qanun layihəsi ABŞ-ın Kiyevə hər il Rusiya aqressiyasına qarşı müdafiə olunması və reformlar sahəsində irəliləməsi üçün çoxmilyonluq yardım nəzərdə tutur. Bu haqda qanunun müəllifi Konnektukut ştatının senatoru, demokrat Kris Mörfi martın 18-də bildirib. Qanun layihəsi həmçinin Dövlət Departamentinin işçi qrupu ilə Ukrayna və Avropalı partnyorlarla birlikdə çalışması, ABŞ prezidentinin Ukraynaya xüsusi nümayəndəsinin göndərilməsi də nəzərdə tutulub. Bundan əlavə sənədə görə Ukraynaya hər il 304 milyon dollarlıq silah yardımı və ukraynalı hərbçilərin təlimi üçün də vəsait ayırmağı nəzərdə tutur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun