ABŞ-ın BMT-dəki səfiri: "Rusiya Gürcüstan ərazisinin 20 faizini işğal altında saxlayır"

ABŞ-ın BMT-dəki səfiri: "Rusiya Gürcüstan ərazisinin 20 faizini işğal altında saxlayır"
12 Mart 2021
Mətni dəyiş
ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild BMT Təhlükəsizlik şurasının ATƏT-lə əməkdaşlıq məsələləri üzrə iclasında çıxışı zamanı deyib ki, Rusiya Gürcüstanın 20 faizə yaxın ərazisini işğal edib və 2008-ci ildən bu yana hələ də atəşkəs razılığına tam əməl etmir. "Ukraynadakı aqressiyasından əlavə Rusiya Gürcüstanın da ərazisinin 20 faizini işğal edib, Abxaziyada və "Cənubi Osetiyada" yaşayan Gürcüstan vətəndaşlarının sistematik təhqiri faktlarını ya qulaqardına vurur, ya da dəstəkləyir" - deyə səfir bildirib. Səfir həmçinin deyib ki, Abxaziya və Cənubi Osetiya münaqişələrində 2008-ci ildə əldə olunan atəşkəs razılaşmalarına Rusiya hələ də əməl etmir və özünə bağlı olan hərbi qüvvələri münaqişə zonasından çıxartmır, həmçinin əraziyə humanitar təşkilatların nümayəndələrini də buraxmır. ABŞ Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir. Biz ATƏT-dən işğalı dayandırmaq üçün Rusiyaya təzyiq göstərməsini istəyirik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun