ABŞ-da koronavirusa yoluxanların sayı 30 milyonu ötüb

ABŞ-da koronavirusa yoluxanların sayı 30 milyonu ötüb
25 Mart 2021
Mətni dəyiş
ABŞ-da koronavirusa yoluxanların sayı 30 milyonu keçib. Bu haqda Con Hopkins universitetinin gündəlik olara yaydığı məlumatda deyilir. Məlumata görə martın 25-i ölkədə koronavirusa yoluxanların sayı 30 009 771 nəfər olub. Onlardan 545 237 nəfər dünyasını dəyişib. Ölkə koronavirusa yoluxma göstəricilərinə görə dünyada birinci yerdədir. Bununla belə koronavirus xəstəliyi dünyada yayıldıqdan sonra bütün dünya üzrə 124,7 milyon insan bu xəstəliyə yoluxub. Onlardan 70,7 milyon insan artıq sağalıb, 2,7 milyon isə dünyasını dəyişib. Almaniyada mənzillənmiş BioNTech əczaçılıq şirkətinin rəhbəri Uğur Şahin isə bu yaxınlarda açıqlamasında demişdi ki, peyvəndləmələrdən sonra ABŞ və Avropada koronavirusa qarşı karantin məhdudiyyətlərini götürmək mümkün olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun