ABŞ Çin rəsmiləri ilə Çinin "Uyğurlar" siyasətini müzakirə edəcək

ABŞ Çin rəsmiləri ilə Çinin "Uyğurlar" siyasətini müzakirə edəcək
12 Mart 2021
Mətni dəyiş

Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, ABŞ hələ də  Çinin uyğurlara qarşı siyasətini "soyqırım" kimi qəbul edir. 

Mətbuat katibi bildirib ki, Amerika Çinlə diplomatik təmaslarda uyğurlara qarşı davranışı əsas tutacaq və birbaşa Çinlə bu mövzunu danışacağıq.

Çin və ABŞ rəsmilərinin Alyaskadakı görüşünün mövzularının nə olacağı barədə suala Psaki insan hüquqları, Tayvan və iqtisadi əlaqələrin müzakirə ediləcəyini bildirib. O, əlavə edib ki, Çinə bu mövzuda növbəti basqıları etmək üçün fürsət gözləyirik.

Birləşmiş Ştatlar Prezident Donald Tramp administrasiyasının hakmiyyətdə olduğu son saatlarda Çin hökumətinin Sincanda etnik Uyğur müsəlmanlar və digər azlıqlara qarşı siyasətini rəsmi olaraq "soyqırım" kimi tanıyıb.

Birləşmiş Ştatlar illərdir Çinin Sincanda həbslər və yenidən təlim siyasətini tənqid etsə də, bunun rəsmi olaraq soyqırım kimi tanınmasından çəkinib.

Qeyri-hökumət təşkilatları, jurnalistlər və keçmiş məhbusların verdiyi məlumatlar uyğurlara qarşı genişmiqyaslı repressiya kampaniyasının aparıldığını sənədlər əsasında təsdiq edir. BMT azı bir milyon müsəlman uyğurun düşərgələrdə saxlandığını təxmin edir.

Çin rəsmiləri bunların "peşə təhsili mərkəzləri" olduğunu bildirərək, hökumətin Sincanda insan haqlarının pozulmasında iştirakı ilə bağlı iddiaları rədd edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun