Qadına qarşı kobudluq edən sahə müvəkkili işindən azad edilib

Qadına qarşı kobudluq edən sahə müvəkkili işindən azad edilib
17 Fevral 2021
Mətni dəyiş
Bakıda bərbərxanada qadına qarşı zorakılıq hərəkətləri edən polis əməkdaşı vəzifəsindən azad edilib. Sosial şəbəkələrdə yayılan vidogörüntülər araşdırılan zaman bərbərxanada tibbi maskadan istifadə etməyən qadına qarşı kobudluq edənin Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinin sahə müvəkkili Camal Qubadov olduğu məlum olub. O, tutduğu vəzifədən azad edilib. Daxili İşlər Nazirliyi məlumatı təsdiq edib. Fevralın 12-də sosial şəbəkələrdə Yasamal rayonu, Şıxəli Qurbanov küçəsində yerləşən bərbərxanada polis əməkdaşının qadına qarşı kobud hərəkət etməsi ilə bağlı videogörüntülər yayılıb. Bərbərxanaya daxil olan polis qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Qadın isə maska taxdığını bildirərək buna etiraz edib. Daha sonra sahə müvəkkili bərbərxanada həmin qadını itələyib. [embed]https://www.youtube.com/watch?v=_-H668990uQ[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun