Murad Nizami oğlu Nəcəfbəyli Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rasim Şəmsəddin oğlu Rzayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Murad Nəcəfbəyli vəzifəyə 13 yanvar 2016-cu ildə, Rasim Rzayev isə 19 fevral 2018-ci ildə təyin olunub.
Bundan əvvəl prezident çıxışında Azərbaycanın xarici ölkələrdəki deiplomatlarını tənqid edib, hətta bəzilərinin xarici ölkələrdə müxtəlif qurumların təsiri altında olduğunu deyib.