Lənkəran Dövlət Universiteti önündə bəyanat oxumaq istəyən tələbə saxlanılıb

Lənkəran Dövlət Universiteti önündə bəyanat oxumaq istəyən tələbə saxlanılıb
2 Fevral 2021
Mətni dəyiş
Tələbə Güc Mərkəzinin sədri, tələbə Əhməd Məmmədli dünən Lənkəran Dövlət Universiteti qarşısında aksiya edərkən saxlanılıb. Aksiyanın məqsədi LDU tələbələrinin problemlərinin həllini tələb etmək olub. Tələbə Güc Mərkəzi məsələ ilə əlaqədar bəyanat səsləndirmək istəsə də buna imkan verilməyib və Ə.Məmmədli polis tərəfindən saxlanılaraq Lənkəran Şəhər Rayon Polis Şöbəsinə aparılıb. LDU tələbəsi Orxan İsgəndərli isə universitetə gələrkən yolda saxlanılıb və polis şöbəsinə aparılıb. Xatırladaq ki, bir neçə gün öncə Tələbə Güc Mərkəzinə Lənkəran Dövlət Universiteti tələbələrindən kütləvi şikayət daxil olub. Şikayətlər imtahanlar və tələbələrin topladıqları ballarla əlaqədar olub. Müəllimlər tələbələrə imtahandan yüksək bal aldıqlarını bildirsələr də yekunda universitetin elan etdiyi ballar əksinə, xeyli aşağı olub. Universitet tələbələri obyektiv və ədalətli apelyasiya baxışı keçirilməsini tələb ediblər. Müəllimlər tələbələrə imtahandan yüksək bal aldıqlarını bildirsələr də yekunda universitetin elan etdiyi ballar əksinə, xeyli aşağı olub. Universitet tələbələri obyektiv və ədalətli apelyasiya baxışı keçirilməsini tələb ediblər. [embed]https://www.youtube.com/watch?v=f1QfZIVel04[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun