Kəlbəcərə yeni yol Gölgöl rayonu vasitəsilə çəkiləcək

Kəlbəcərə yeni yol Gölgöl rayonu vasitəsilə çəkiləcək
22 Fevral 2021
Mətni dəyiş
Mart ayında Kəlbəcər rayonuna avtomobil yolunun tikintisinə başlanılacaq. Bu barədə bazar ertəsi "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədov mətbuat konfransında bildirib. Yolun layihələndirilməsi işlərinə iki ay bundan öncə Türkiyə şirkətinin iştirakı ilə başlanılıb - deyə o bildirib, lakin şirkətin adını açıqlamayıb. "Yeni yol Gəncə və Göygöldən keçəcək. Hələlik isə Rusiya sülhməramlılarının iştirakı ilə Tərtər-Ağdərə-Kəlbəcər yolundan istifadə olunur", - S.Məmmədov deyib. O həmçinin bildirib ki, Füzuli vasitəsilə Şuşaya 100 kilometrlik yeni avtomobil yolu 2021-ci il avqustun sonuna qədər istifadəyə veriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun