Sonuncu Qarabağ müharibəsi ərəfəsində Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəcməddin Sadıqovla bağlı söz söhbətlər səngimədi.
İlk dövlər Sadıqovun həbs olunmasına dair məlumatlar yayılsa da, sonradan Mdafiə Nazirliyinin döyüş qərargahlarından yaydığı fotodan məlum oldu ki, baş qərargah rəisi iş başındadır.
Ancaq zaman keçdikcə yenidən bu məsələ ətrafında müxtəlif məlumatlar yayıldı. Bu günlərdə isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat verdi ki, Sadıqov ordu sıralarından ehtiyata buraxılıb. Nəcməddin Sadıqovun ordu sıralarından ehtiyata buraxıldığını nəzərə alsaq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərərgahı başsız qalıb. Sadıqovun Müdafiə nazirinin birinci müavini olduğunu da düşünsək, iki ciddi postun boş qaldığını demək olar.
Bəs bu postun uzun müddət boş qalması nə qədər düzgündür?
Hərbi ekspert Ədalət Verdiyev deyir ki, böyük ehtimalla bu vəzifəni müvəqqəti icra edən şəxs Nəcməddin Sadıqovun vəzifədən getdiyi ilk gündən təyin edilib. Onun sözlərinə görə, silahlı qüvvələrin strukturunda əsas vəzifələrin boş qalması mümkün deyil.
"Orduda hansısa rəhbər, o cümlədən silahlı qüvvələrin baş qərargah rəisi vəzifəsindən azad və ya təyin edilə bilər. Bu funksiyalar Ali Baş Komandanın kurasiyasına aiddir. Lakin düşünmürəm ki, hansısa vəzifəlinin bu və ya digər səbəblər üzündən vəzifədən azad edilməsi ilə həmin vəzifənin müvəqqəti icra edən şəxs təyin edilməsin. Bu döyüş hazırlıq səviyyəsini təyin edən bölmə komandirindən tutmuş birlik komandirinə qədər hər bir vəzifəliyə aiddir. Məsələn, hansısa yüksək vəzifəli şəxs, müvəqqəti olsa da, ölkəni tərk edir. Bu zaman onun ölkədə olmadığı müddətdə vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunur. Hətta bu müddət çıx qısa olsa belə... Burada isə artıq bir neçə aydır ki, Müdafiə Nazirliyinin rəsmi saytında Nəcməddin Sadıqovun adına rast gəlmirik”, - deyə o, vurğulayıb.
Ədalət Verdiyev hesab edir ki, sözügedən vəzifənin icrası müvəqqəti olaraq kiməsə həvalə edilib.
Onun sözlərinə görə, həmin şəxs yəqin ki, artıq vəzifəsini müvəqqəti icra etməkdədir. Təyinat isə Ali Baş Komandanın kurasiyasına aid olduğuna görə, buna detallı şərh vermək mənim funksiyama aid deyil.