Feminist fəallar hökümət evi önündə etiraz aksiyası keçirib

Feminist fəallar hökümət evi önündə etiraz aksiyası keçirib
4 Fevral 2021
Mətni dəyiş
Fevralın 4-də bir qrup feminist Hökümət Evinin qarşısında etiraz aksiyası keçirməyə cəhd edib. Fəallar əllərində üzərində "Qadın qətlləri siyasidir!" şüarı yazılmış banner tutublar. Bu haqda feminist fəallar sosial şəbəkədə məlumat yayıb. Aksiya iştirakçılarının sözlərinə görə, onlar bu addımla son zamanlar baş verən qadın qətllərinə diqqət çəkmək istəyiblər. Hökümət Evində Qadın, Uşaq və Ailə Komitəsi,  Ombudsman Aparatı yerləşdiyi üçün aksiya yeri kimi oranı seçiblər. Aksiya iştirakçıları qadınların qətlə yetirilməsini siyasi hesab edirlər, çünki dövlət orqanları bununla bağlı tədbir görmür. Hadisə yerinə gələn polis əməkdaşları banneri alıblar.  Saxlanılan olmayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun