17 Fevral 2021
Mətni dəyiş
Ermənistanın "Qrapark" qəzeti yazır ki, məxfiliyi ləğv edilmiş və cəmiyyətə yayılmış son Ermənistan Azərbaycan razılaşmasının mətnini əldə edib. Belə ki, razılaşmada Ermənistanın Syünik rayonundakı 21 km-lik Gorus-David-Bek yolunun Azərbaycana verilməsi razılığına gəlinib.
Qəzet yazır ki, ikitərəfli razılaşma mətnində birbaşa qeyd edilməsə də həmin yolun üç illiyinə həm Azərbaycan, həm də Ermənistan tərəfindən istifadə edilməsi şərti qoyulsa da üç il ərzində erməni tərəfi özünə yeni yol salaraq 21 km-lik yolu ətrafındakı torpaqlarla birlikdə Azərbaycana təhvil verməlidir. Üç il müddətində rus sülhməramlıları yolun təhlükəsizliyindən cavabdeh olacaqlar.
Qəzetin məlumatına görə bu razılaşma Ermənistanın baş naziri və müdafiə nazirinin iştirakı ilə əldə olunub və xüsusilə müdafiə naziri Vaqarşaq Arutunyan rəqib ölkənin bütün tələblərini hərfi-hərfinə yerinə yetirməyi öz üzərinə götürüb. Onun bu cürə davranışları hətta Rusiya tərəfini də heyrətləndirib. Qəzetin istinad etdiyi mənbənin sözlərinə görə danışıqlarda iştirak edən Rusiya XİN rəhbəri Serqey Lavrov erməni tərəfinə deyib ki, "Əgər sizinkilər öz torpaqlarını təhvil verməyə razıdırsa onda bizim nə sözümüz ola bilər ki. Özünüz həll edin".