Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası (YAP) arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələri, eləcə də Azərbaycana qarşı xüsusi münasibət nəzərə alınaraq, ÇKP Mərkəzi Komitəsi tərəfindən YAP-a 10 min doza vaksin verilməsi barədə qərar qəbul edilib.
Bu haqda Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin xarici əlaqələr idarəsinin şöbə müdiri Can Cenkun bildirib.
ÇKP MK-nın nümayəndəsi qeyd edib ki, vaksinlər Yeni Azərbaycan Partiyasına yardım məqsədilə, təmənnasız veriləcəkdir və ehtiyac olduğu təqdirdə dozanın miqdarı artırıla bilər.
Hazırda hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası 1992-ci ildə təsis edilib, 1993-cü ildən hakimiyyətdədir. Son məlumatlara görə partiyanın 760 580 üzvü var.