Ardıcıl olaraq bir müddətdir toplaşan Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası bu gün də növbəti iclasını keçirəcək.
İclasda komissiyaya daxil olan digər müraciətlərə baxılacaq.
İndiyədək komissiyanın 3 iclası keçirilib və 350-dən çox müraciətə baxılıb.
Komissiya keçirilən ötən iclaslarında baxılan müraciətlərin kateqoriyalarını da açıqlayıb.
Komissiyanın indiyədək keçirilən iclaslarında əsasən yol-nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.