Saleh Rüstəmlinin qohumları və siyasi fəallar da aclıq aksiyası başladıblar

Saleh Rüstəmlinin qohumları və siyasi fəallar da aclıq aksiyası başladıblar
13 Dekabr 2021
Mətni dəyiş
Dekabrın 13-də aclıq aksiyasının 38-ci günündə quru aclığa keçən Azərbaycan Xalq Cəbhəsi Partiyasının həbsdə olan fəalı Saleh Rüstəmlinin yaxın qohumları - qardaşı Taleh Rüstəmov, bacısı Yeganə Rüstəmova, xalası qızı Firəngiz Məmmədhüseynova, oğlu Sayğın Rüstəmov həmrəylik əlaməti olaraq aclıq aksiyasına başlayıb. Bu barədə onlar Penitensiar Xidmətin müalicə müəssisəsinin qarşısında jurnalistlərə bildiriblər. Məhkumun qardaşı Taleh Rüstəmli deyib ki, aclıq onun mənzilində davam edəcək. "Sabah bizə digər qohumlar və tanışlar da qatılacaq", - o əlavə edib. Son məlumatlara görə, bu gündən siyasi fəallar Məmməd İbrahim, İlkin Rüstəmzadə, Seymur Əhmədsoy, Elman Quliyev və Ceyhun Novruzov da Saleh Rüstəmliyə həmrəylik olaraq quru aclıq aksiyasına başlayıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun