Sahibə Qafarova: “Səfər Mehdiyev zəng edib dedi ki, deputatları yox, məmurları nəzərdə tutur”

Sahibə Qafarova: “Səfər Mehdiyev zəng edib dedi ki, deputatları yox, məmurları nəzərdə tutur”
14 Dekabr 2021
Mətni dəyiş

“Çox təəssüf ki, parlament layiq olmadığı haqsız təkpilərlə üzləşir. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin müsahibəsindən sonra da bu təpgilər artıb”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Elşən Musayev parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Milli Məclis hər zaman bütün dövlət qurumlarına ehtiramla yanaşıb: “Sanki, bu müsahibədə bir anlaşılmazlıq var. Bəlkə də Səfər Mehdiyevin çıxışı təhrif olunub. Buna aydınlıq gətirilməlidir”.

Milli Məclisin sədri Sahibə Qafarova isə qeyd edib ki, bu günlərdə Səfər Mehdiyevin bir neçə saytda müsahibəsi verilib:

“Müsahibənin bir yerində deputatlar qanunsuz fəaliyyətdə ittiham edib. Dünən Səfər müəllim mənə zəng edərək dedi ki, onun fikirləri təhrif olunub. Əslində o deputatları deyil, məmurları nəzərdə tutub”.

[caption id="attachment_112077" align="aligncenter" width="923"] Səfər Mehdiyev[/caption]

Bir neçə gün əvvəl Səfər Mehdiyev haqqin.az saytına müsahibəsində malların rüsumsuz idxal limitinin 1000 dollardan 300 dollara endirilməsi, bununla bağlı ictimaiyyətdə yaranan narazılıq və deputatların bu dəyişikliyin əleyhinə çıxması ilə bağlı sualına cavabında deyib ki, deputatlar özləri qanunsuz bizneslə məşğul olduqları üçün bu dəyişikliyə etirazlarını bildiriblər:

“Sizə səbəbi izah edim. Çünki Milli Məclisin bəzi deputatları bu qanunsuz biznesdə iştirak edirdilər. Və qərar onların maraqlarına toxunurdu. Ölkəyə hər şeydən xəbərsiz vətəndaşın adına elektrik texnikası daxil olurdu, sonra mağazaların piştaxtalarından elə həmin vətəndaşlara kredit xətti ilə satılırdı. Həmin deputatların parlamentdəki emosional çıxışlarından sonra xeyli təəccübləndim və məyus oldum. Əsl səbəbi anlaya bilmirdim".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun