Prokurorluq Oqtay Gülalıyevin işində həkimlərə qarşı cinayət işi açmaqdan imtina edib

Prokurorluq Oqtay Gülalıyevin işində həkimlərə qarşı cinayət işi açmaqdan imtina edib
20 Dekabr 2021
Mətni dəyiş
Prokurorluq cinayət tərkibi olmadığı üçün hüquq müdafiəçisi Oqtay Gülalıyevə tibbi yardım göstərilməsi haqqında iş üzrə  Şəhər tibbi  klinik mərkəzinin  və Baku City Hospital tibb müəssisələrinin həkimlərinə qarşı cinayət işi açmaqdan imtina edib.  Baş Prokurorluqdan Turan Agentliyinə verilən məlumata görə, iş 2021-ci il yanvarın 25-də əlavə istintaqa göndərilib və apreldə bağlanıb. Cinayət işi açılmasından imtinaya xüsusi tibbi ekspertizanın rəyi əsas olub. Prokurorluğun cinayət işi açmaqdan imtina qərarı poçtla Oqtay Gülalıyevin ailəsinin qeydiyyatda olduğu ünvana göndərilib. Ailənin istintaqın qərarını almadığı barədə məlumata cavab olaraq Baş Prokurorluqdan bildiriblər ki, qərar yenidən poçtla ailəyə göndəriləcək. Baş Prokurorluq Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin baş prokuror Kamran Əliyevin adına məktubundan sonra açıqlama verib. Oqtay Gülalıyev 29 oktyabr 2019-cu il axşam saatlarında piyada keçidində gedərkən onu taksi vurub. O, xəstəxanaya çatdırılıb. Həkimlər Oqtay Gülalıyevə kəllə sümüyünün sınığı və beyin zədələnməsi diaqnozunu qoyublar. Hazırda Gülalıyev müalicəsini evdə davam etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun