Penitensiar Xidmət məhbusların ölümü barədə: “Həyatdır da…”

Penitensiar Xidmət məhbusların ölümü barədə: “Həyatdır da…”
20 Dekabr 2021
Mətni dəyiş
Penitensiar Xidmətin Müalicə Müəssisəsində iki məhbusun öldüyü bildirilib. Xidmətin ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri Mehman Sadıqov məlumatı təsdiqləyib. O, məhbusların hansı tarixdə öldüyü barədə konkret heç nə deməyib, amma vəfat edənlərin kimliyini açıqlayıb. “Müalicə Müəssisəsində saxlanılan məhkumlar – Sərvər Abbasov və Mübariz Hüseynov vəfat ediblər. Onların ölümünün dəqiq səbəbləri təyin olunan tibbi ekspertizadan sonra məlum olacaq. Ancaq məhkumların xəstəlikdən öldüyü dəqiqdir”, – deyə Mehman Sadıqov bildirib. “Son 1 ayda Azərbaycan həbsxanalarında 7 məhkumun ölməsi ciddi rəqəm deyilmi?” – sualına isə Mehman Sadıqov belə cavab verib: “Statistikanı dəqiq bilmirəm, çünki bu sahədə statistikanı başqa qurum aparır. Ancaq xəstəlikdən vəfat ediblərsə, bu, o demək deyil ki, onlara tibbi yardım götərilməyib. Hər bir məhbusa tibbi yardım göstərilir və məhkumlar müalicə kursuna cəlb olunurlar”. “Bilirsiniz, həyatdır da, burada müxtəlif xəstəliklərdən insanlar müalicə olunur, xərçəng xəstəliyindən də, digərlərindən də”, – deyə o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun