Ötən il 17 min 714 uşaq nikahdankənar doğulub

Ötən il 17 min 714 uşaq nikahdankənar doğulub
28 Dekabr 2021
Mətni dəyiş

Ötən il Azərbaycanda hər 100 qıza 114 oğlan uşağı dünyaya gəlib. Bu barədə dekabrın 27-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Bahar Muradova parlamentin iclasındakı çıxışında bildirib.

Onun sözlərinə görə, balansın bu cür pozulması "təhlükəlidir".

2020-ci ildə 126 571 uşaq dünyaya gəlib, onlardan 67 407-i oğlan, 59 164-ü qızdır.

"Bu saydan 108 857 uşaq nikahdan, 17 714 uşaq nikahdankənar doğulub", –o deyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun